Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binə Atçılıq Mərkəzindən 4 min dollarlıq iki yəhər və yüyən oğurlanıb



Newscenter.az.19.05.2021. Binə Atçılıq Mərkəzindən dəyəri 4 000 ABŞ dolları məbləğində iki ədəd yəhər və yüyən oğurlanıb.

"Report"un əldə etdiyi məlumata görə, bundan başqa 8 kisə arpa yemi və eyni sayda ot tayı aparılıb. Hadisə gecə saatlarında baş verib.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araba izləri ilə müəyyənləşdirilib ki, oğurluğu qonşuluqda yaşayan şəxs edib. O, şübhəli şəxs qismində dindirilmək üçün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılıb.

Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş