Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çörək və unlu məmulatların istehsalı sexində nöqsanlar aşkar olunub



Newscenter.az.19.05.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, N. Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Orxan
Xəbəri paylaş