Newscenter.az.19.05.2021 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Milli Məclisə deputat seçilən Şahin Seyidzadə növbəti dəfə vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, millət vəkilinin bu dəfəki vətəndaş qəbulu Abşeron rayonunun Qobustan kəndində və Pirəkeşkül (keçmiş Çaylı) qəsəbəsində olub. Fərdi qaydada vətəndaşları qəbul edən millət vəkili onların problemləri və qayğıları maraqlanıb.
Şahin Seyidzadənin Deputat Qərargahından bildirilib ki, 13 vətəndaşın iştirak etdiyi qəbulda içməli su, elektrik təminatı, rabitə, nəqliyyat və sosial təminat mövzuları ətrafında müraciətlər səsləndirilib.
NEWSCENTER.AZ