Newscenter.az.19.05.2021. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Partiya sədrinin müalicə xərclərini Fond qarşılayacaq.
M.Mirəlioğlu məlumatı təsdiqləyib:
"Sağ olsunlar, Heydər Əliyev Fondu bizim müalicəmizi öz üzərinə götürüb".
O bildirib ki, TƏBİB tərəfindən xüsusi labaratoriya vasitəsilə evdə yenidən yoxlamalardan keçəcəklər.
Partiya sədri ona xəstəxanaya yerləşdirilməklə bağlı təklif olduğunu, lakin evdə qalaraq müalicə olunmağa üstünlük verdiyini əlavə edib.
Qeyd edək ki, M.Mirəlioğlu və ailə üzvləri koronavirusa yoluxub. Hazırda o, ev şəraitində müalicə alır.