Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Postmüharibə dövründə 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub



Newscenter.az.19.05.2021. Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib.

Newscenter.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.

Bu kateqoriyalardan olan 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Sevinc
Xəbəri paylaş