Newscenter.az.19.05.2021. Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinator vəzifəsinə təyinat olub.
Newscenter.az xəbər verir ki, bu vəzifəyə Pərvin Məmmədova gətirilib.
O, bundan sonra Fondun fəaliyyəti ilə bağlı sualları cavablandıracaq.
Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.