Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya nümayəndə heyəti AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub



Newscenter.az.19.05.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub. AQTİ-nin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, AQTİ-nin fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinə dair elmi-tədqiqat işlərinin, risk qiymətləndirilməsinin aparılması, həmçinin mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir. Eyni zamanda, İnstitut qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirir.

Tədbirdə fitosanitar nəzarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivi haqqında müzakirələr də aparılıb. Rusiyalı nümayəndə heyəti AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi ilə də yaxından tanış olub. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan analiz, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarının standartları ilə uyğunluq təşkil edir.

Görüşdə bitki sağlamlığına dair birgə təcrübə mübadiləsinin genişləndirilməsinin Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın inkişafına daha da təkan verəcəyi diqqətə çatdırılıb.

Orxan
Xəbəri paylaş