Newscenter.az.19.05.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış və o, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılmışdır.
Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
Mehman