Təlimlərə cəlb edilən qoşunlar tapşırıqları icra edir - VİDEO
Tarix: 19-05-2021, 11:40
Newscenter.az.19.05.2021. Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.
Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.