Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda polis qadını tapança ilə qətlə yetirib, özü isə intihara cəhd edib

Bakıda polis qadını tapança ilə qətlə yetirib, özü isə intihara cəhd edib


Newscenter.az.20.05.2021. Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd edib.

Bu barəəd Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Xəbəri paylaş