Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan-Azərbaycan birgə gömrük məntəqəsinin inşası müzakirə olunub



Newscenter.az.20.05.2021. Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımovla Gürcüstanın Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinava ilə görüş keçirilib.

Görüş Azərbaycan ərazisindəki “Sınıq körpü” gömrük məntəqəsində baş tutub.

Görüşdə “İpək yolu” adlı yeni birgə gömrük-buraxılış məntəqəsinin tikinti layihəsi müzakirə olunub.

Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığına dair üçtərəfli sazişi də nəzərdən keçiriblər.
Xəbəri paylaş