Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə, Şuşada, qədim mədəniyyət abidələrmiz bizim mənəvi dəyərimizdir



Newscenter.az.20.05.2021. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərmizdə yerləşən xalqımıza məxsus olan qədim mədəniyyət abidələrmizində erməni vandalığının təcavüzünə , vəhşicəsinə dağıdılmasına, dəyşikliyə məruz qalmasının şahid olduq.
Ermənilərin qəsdən 30 il ərzində bilərəkdən qədim mədəniyyət abidələrmizə qarşı yanaşılan vəhşilik dünyada analoqu olmayan bir münasibət kimi qarşılanmışdı.

Xüsusilədə mənəvi dəyərlərmiz hesab edilən dini abidələrə qarşı təcavüzkar yanaşma dünyanı heyrətə gətirdi.

Məscidlərmizdə donuz saxlayaraq ibadət yerlərmizi tövləyə çevirməklə düşmən təkcə Azərbaycan xalqına qarşı deyil bütövlükdə müsəlmanlara olan nifrətini bu qəddar hərəkətləri ilə gizlətmədiklərini əyani şəkildə bəyan etdilər.

Vətən müharibəsindən azad olunmuş qədim tarixə malik olan dini və mədəniyyət abidələrmizə Prezident Cənab İlham Əliyevin ziyarəti hər bir Azərbaycanlı tərəfindən yüksək qiymətləndirildi . İşğala məruz qalaraq dağıntıya məruz qalan abidələrmizin düşmən tərəfindən dağıdılması heç bir beynəlxalq hüquqa uyğun gəlmədiyi bu qanunsuzluq hərəkətlər dünyada ermənilərin iç üzünün tanıdılması üçün əsl əyani vasitə oldu.

Azərbaycan xalqı dünyada yaşayan xalqlardan bir çox xüsusiyyətləri ilə fərqlənir ki, bu xüsusiyyətlərdən biridə milli - mədəniyyətimizdir.
Öz adət-ənənəsinə daim sadiq olan Azərbaycan xalqı işğaldan azad olunmuş ərazilərdə çox böyük zəngin bir mədəniyyəti ilə fərqlənmiş , burada əsrlərin yadigarı olan qədim mədəniyyət nümunələrmiz illərlə düşmənin əsarətində qalmışdı.

Ağdamda qədim Məscid dünyada öz unikallığı ilə seçilən Çörək Muzeyi, Çay evi.Fizuli ərazisində yerləşən qədim dövrün yadigarı "Azıx mağarası " qədim dövrə aid insan yaşayış məskəni. Kəlbəcər rayonu ərazisində qədim Alban məbədləri Udilərə məxsus "Xudavəng" monastır kompleksi , və mədəniyyətimizin mirvarisi gözəl Şuşamızda yerləşən qədim dövrə aid məscidlər, İsa bulağı, Xan Qızı bulağı, Pənah xan qalası , Vaqifin məqbərəsi və sairə yüzlərlə tarixi qədim olan hər bir Azərbaycanlıya doğma və əziz olan mədəniyyət nümunələrimiz bu qəbildən olan mənəvi sərvətimiz hesab olunur.

Xalqımız öz keçmişinə sadiq və bağlı olması 44 günlük Vətən müharibəsindən sonra hər bir vətəndaş bu mədəniyyət abidələrin azadlığa qovuşmasını böyük qürurla qaşıladı.

İndi bu mədəniyyət abidələrmiz bərpa olunur qeydiyyata alınır .

Prezident Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan xalqına məxsus qədim abidələrmiz təmir-bərpa olunur bu yönümdə müəyyən işlərin görülməsi aidiyyatı orqanlara tapşırılmışdır.

Prezident Cənab İlham Əliyevin qeyd etdiyi "Mədəniyyətimiz bu günədək bizim dünyada mövcud olmağımızda böyük rol oynamışdır ".
İndi torpağımız daşımız Qarabağda azaddır həmçinində mədəniyyət abidələrimiz özümüzə qaytarıldı , bundan sonra bu mədəniyyət nümunələrmizin gələcək nəsillərə qorunub saxlanılması kimi mühüm bir vəzifə bizim üzərmizə düşür.

Bizə məxsus olan milli mənəvi dəyərlərmizi yenidən bizə bəxş edən Prezident İlham Əliyevə minəttdaram !

Oğuz rayon Mədəniyyət Mərkəzinin medosti Anar Hüseynov
Xəbəri paylaş