Newscenter.az.20.05.2021. Ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tədbirləri barədə Nazirlər Kabineti yanında Operativ Qəraragah tərəfindən müzakirələr aparılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bununla bağlı hələ rəsmi qərar qəbul edilməyib.
Qeyd edək ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, açıq havada fiziki məsafə qorunmaq şərtilə maskadan istifadənin ləğvi, habelə toy və digər mərasimlərin təşkli ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin qaydaların açıqlanması nəzərdə tutulur.