Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentindən Azərbaycan əleyhinə qərəzli qərar

Avropa Parlamentindən Azərbaycan əleyhinə qərəzli qərar


Newscenter.az.21.05.2021. Avropa Parlamenti Azərbaycanın əlehinə 607 səslə, erməni "hərbi əsirləri" və "mülki məhbusları" heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərar qəbul etdi. Avropa Parlamenti həçinin Türkiyə ilə bağlı da bir qərar qəbul etdi. Avropa Parlamentinin Azərbaycana qarşı qəvul etdiyi bu qərarın tamamilə siyasi xarakter daşıdığı və reallığın təhrif edildiyi bir qərar olduğu açıq şəkildə görünməkdədir.

Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnaməsi:

1. Ermənistanın suveren ərazisinin pozulması Azərbaycan nümayəndələri və prezidentinin ərazi iddiası qaldıran narahatedici açıqlamalarını izləyir.
2. Sülh sazisişində Minsk qrupuna daxil Aİ ölkələrinin iştirak etməməsindən təəssüf hissi keçirilir.
3. Bakıdakı qənimətlər parkının təxirə salınmadan bağlanmasına çağırır.
4. Erməni əhalinin və erməni abidələrinin təhlükəsizliyinin təmini, ehtiyacı olanlara humanitar yardımın çatmasının təmininə olan mühüm ehtiyac vurğulanır.
5. Azərbaycanın müharibədən əvvəl və sonra tutduğu bütün əsirləri şərtsiz qaytarması istənir.

Avropa Parlamentinin məlum 5 bənddən ibarət qərarına cavab olaraq onu qeyd etmək olar ki,

1. Azərbaycanın suveren əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi və 30 ilə yaxın müddətdə Ermənistan dövlət nümayəndələri, xüsusilə də Ermənistan prezidenti, baş naziri və müdafiə naziri tərəfindən verilən açıqlamaların Azərbaycan üçün daha çox narahat edici idi.
2. Münaqişənin ilk dövrlərindən başlayaraq ATƏT-in Minsk qrupunun Ermınistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə heç bir tutarlı addım atmaması onu göstırdi ki, münaqişənin həll edilməməsi ATƏT-in Minsk qrupunun marağında deyil. 30 ilə yaxın təcrübəyə baxsaq, onların məqsədinin nədən ibarət olduğunu daha yaxşı anlamaq olar.
3. I Qarabağ savaşı müddətində və sonrakı dövrdə Ermənistan Silahlı Qüvvələrinin və terrorçu dəstələrinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, soyqrım və kütləvi qətillər, həmçinin işğal edilmiş ərazilərin tamamilə məhv edilərək xarabalığa çevrilməsi, xüsusilə də Ağdamın tamamilə dağıdılmasının səbəbləri Ermənistan tərəfindən soruşulmalı və ona hüquqi qiymət verilməlidir.
4. I Qarabağ savaşı ərzində və ondan sonrakı mərhələdə Ermənistan Silahlı Qüvvələri və terrorçu qruplaşmaları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində 60 dan artıq Məscid, həmçinin minlərlə maddi mədəniyyət nümumələri dağıdılıb məhv edilmişdir. I Qarabağ savaşında və ondan sonrakı mərhələdə Azərbaycan əhalisinin Dağlıq Qarabağ və ətraf rayonlardan kütləvi qovulma prosesi başladı. Avropa Parlamenti üçün birinci narahatedici məsələ məhz bu hallar olmalıdır.
5. Yalnız I Qarabağ savaşı ərzində Erməni Silahlı Qüvvələri və terrorçu qrupları tərəfindən əsir götrülmüş 4300-dən artıq azərbaycanlıdan hələdə məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin "hərbi əsir" adlandırdığı erməni terrorçuları II Qarabağ savaşı müddətində deyil,10 noyabr 2020-ci ildə üçtərəfli müqavilədən sonra Azərbaycanın işağldan azad edilmiş ərazilərinə soxulduqları üçün saxlanılıb.Hesab edirəm ki, Avropa parlamenti özünün neytrallığını göstərmək istəyirsən bütün qeyd edilənləri qarşı tərəfdən təlıb etməlidir.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş