Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova seçiciləri ilə görüşüb-FOTOLAR



Newscenter.az.22.05.2021. Milli Məclisin deputatı Jalə Əhmədova növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

Newscenter.az xəbərinə görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən Jalə Əhmədova bildirib ki, deputat ofisində təşkil edilmiş qəbulda ümumilikdə 59 nəfər olmaqla şəhid ailələri, qazilər, rayon sakinləri, qəbul edilərək onların problemləri dinlənilii, seçiciləri narahat edən məsələlərlə bağlı qeydiyyatlar aparılıb:

"Problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi onların diqqətinə çatdırdım".

Millət vəkili qeyd edib ki, xüsusilə əkin sahələrinin suvarılması, işsizlik və sosial problemlərin üstünlük təşkil etdiyi qəbulda, əlil şəxslər pensiyalarının dayandırılmasını və pensiyaların bərpa edilməsi məsələsinin həllində onlara köməklik göstərilməsini xahiş ediblər:

"O cümlədən 13 saylı Məşğulluq Mərkəzi filialının fəaliyyətindən şikayət edərək işsizlik və məşğulluqla bağlı illərdir qeydiyyata alındıqları Mərkəzdə hər dəfə eyni cavab aldıqlarını, müraciətlərinə “gedin, iş olanda dəvət edəcəyik” kimi cavablar verildiyini, rayonda nəinki fəhlə, ali təhsilli vətəndaşlara belə iş tapılmadığını, ali təhsilli gənclərin işsiz qaldıqlarını qeyd etdilər".

Jalə Əhmədova təəssüf hissi ilə qeyd edib ki, seçicilərin yazılı şəkildə etdikləri müraciətlərdə də işsizlik problemi üstünlük təşkil edir:

"Milli Məclisə daxil olmuş əksər müraciətlərdə ərizəçilər işsiz olduqlarını, ailədə bir neçə nəfər ali təhsilli şəxsin olmasına baxmayaraq iş tapa bilmədiklərini bildirir, ​ 13 saylı Məşğulluq Mərkəzi filialının müraciətlərinə laqeydliyindən şikayətlənir, Mərkəzin formal cavab verməklə işini bitmiş hesab etməsini qeyd edirlər. Çox inanmaq istərdim ki, 13 saylı Məşğulluq Mərkəzi filialının rəhbərliyi vətəndaşların şikayətlərindən nəticə çıxaracaq".

Ruhiyyə

Xəbəri paylaş