Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda diktatura rejiminin imitasiya imkanları artıq tükənib



Newscenter.az.22.05.2021. "Ermənistanda diktatura rejiminin demokratikliyə dair imitasiya imkanları artıq tükənib. Azərbaycanın uğurlu hərbi və diplomatik qələbəsi ilə bitən vətən müharibəsi Paşinyan rejiminin sonunu daha da yaxınlaşdırmaqdadır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Eldəniz Səlimov çıxış edib. Millət vəkili bildirib ki, bu acı son yaxınlaşdıqca Ermənistan rəhbərliyinin də iç üzü özünü getdikcə daha aydın şəkildə göstərməyə başlayır:

"Özlərinə aid olmayan torpaqlarda hökmranlıq etməyə çalışan və hətta bunu da bacarmayan Ermənistan sözün əls mənasında məhv olmağa doğru gedir. Onların iqtisadiyyatı çökmüş durumdadır, vətəndaşları ölkəni tərk edir, dövlət daxilində iğtişaşlar baş verir"000.

Deputat Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrə diqqət çəkərək qeyd edib ki, dövlət başçısı da çıxışı zamanı Ermənistandakı mövcud vəziyyətə toxunub. Prezident bildirib:

"Ermənistandakı bu günkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib. Ermənistanda davamlı siyası böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır".

Eldəniz Səlimov deyib ki, Ermənistan bu gün etdiyi yanlış hərəkətlərinin cəzasını çəkir və bundan sonra da atacağı hər yanlış addımda cavabını misli ilə alacaqdır:

"Onların bundan sonra taleyi necə olacağı böyük bir sual altındadır. Bizim zəfərimizin və dəmir yumruğun gücü ilə onların bundan sonra əsrlərlə heç bir perspektivi olmayacaqdır".

Ruhiyyə
Xəbəri paylaş