Newscenter.az.24.05.2021. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiyanın dəyərlərinin vahid məkanda birləşdiyi ölkədir. Cənab Prezident İlham Əliyevin istedadlı və müdrik idarəetmə məharəti sayəsində respublikamız son 17 ildə orta inkişaf etmiş dövlətlər qrupundan yüksək inkişaf etmiş dövlətlər qrupuna daxil oliub.
Azərbaycan tamamilə siyasi və iqtisadi arxiteksturası ilə ən inkişaf etmiş dövlətlərin qlobal birliyinin tamhüquqlu üzvünə çevrilib, Avropa ailəsinin sabit və dayanıqlı üzvü statusunu əldə edib.
Əksər hallarda ölkəmizin siyasi statusuna baxışlar zamanı qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Məlumdur, Azərbaycan regionun söz sahibidir, ancaq Azərbaycanın inkişaf bumu Cənubi Qafqazın dar çərçivəsinı sığmır, bu çərçivəni aşaraq daha geniş coğrafiyalarla hüdudlanır. Azərbaycan Cahanşümul ölkədir.
Azərbaycan ərazi-coğrafi baxımdan Cənubi Qafqaz ölkəsi olsa da, siyasi-iqtisadi, sosial-humanitar potensialları və hərbi qüdrəti ilə daha geniş siyasi coğrafiyanın əhatələndiyi, artan imkanları ilə Avropa masştabında qərar tutan iddialı ölkədir.
Dünyanın geocoğrafiyasında Azərbaycanın yeri və rolu həddindən artıq çoxşaxəli və çoxmasştablıdır. Qlobal xəritədə siyasi və iqtisadi marşrutları, siyasi tranzitləri və hərəkət trayektoriyasına görə, Azərbaycanın yeri çox böyükdür, ölkəmiz bütün qütblərlə sıx siyasi-iqtisadi təmaslarla əhatə olunub.
Azərbaycan Şimal-Cənub, Şərq–Qərb, Yeni İpək Yolu dəhlizinin əsas həlqəsidir, siyasi mərkəzidir.
Bu geosiyasi gerçəklik Azərbaycanın Avropa və Asiya, Şərlə Qərbin strateji baxış nöqtəsi olduğunu və Cənubi Qafqaz regionu ölkəsindən daha böyük və güclü statusunun olduğunu, birbaşa Avropa regionunun inkişaf edən dövlət olduğunu şərtləndirir.
Bu baxımdan Azərbyacana Cənubi Qafqazın lider ölkəsi kimi deyil, Mərkəzi-Şərqi Avropanın lider ölkəsi kimi yanaşmaq daha düzgündür.
Azərbaycan dünya siyasətinin güc mərkəzlərinin çulğalaşdığı siyasi məkandır. ABŞ və Rusiya, Avropanın siyasi və iqtisadi nəhəngləri Azərbaycanı regionun ən mötəbər və ən sıx tərəfdaş dövlət olduğunu qəbul edərək siyasi nüfuz uğrunda rəqbət aparırlar. ABŞ da Azərbaycana daha yaxın olmaq istəyir, Rusiya da, Almaniya da, Çin də. Qardaş Türkiyənin yeri məlumdur, Türkiyə Azərbaycan, Azərbaycan Türkiyə deməkdir. Bir sözlə, Azərbaycan bölgədə bütün inkişaf etmiş ölkələrlə sıx inteqrasiyanın mərkəzidir.
Azərbaycan müxtəlif regionları siyasi və iqtisadi inteqrasiyaya bağlayan cazibə mərkəzidir. Bütün kommunikasiyalar, tranzitlər, infrtastrukturlar Azərbaycan olmadan mümkün deyil. Bu faktor bir daha Azərbaycanın Qərbin və Şərqin qapısı olduğunu deməyə əsas verir.
Cənab Prezidentin bir neçə gün əvvəl “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” müzakirələrində də bəyan etdiyi kimi regionda yeni qlobal layihələr Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə icra olunur.
Vətən müharibəsindən sonra ərazi bütövlüyünü tamamilə təmin edən Azərbaycanın regionda strateji mövqeyi daha güclənib. Respublikamız indi yeni siyasi reallıqlar yaradır, yeni geoiqtisadi marşrutların xətlərini cızır.
Ermənistanın da taleyi, gələcəyi məhz Azərbaycanın cızdığı yeni siyasi xəritədən asılıdır. İqtisadiyyatı Naxçıvanın iqtisadi gücündən 2 dəfə az olan, kasıb və sıxılmış Ermənistan yeni reallıqları dəyərləndirib Azərbaycanın sayəsində dirəndiyi dalandan çıxa bilər. Bu, ermənilərin sonuncu şansıdır. Cənubi Qafqazın yoxsul ölkəsi olan Ermənistanın nicatı Avrasiyanın siyasi və iqtisadi mərkəzi olan Azərbaycanın əlindədir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor