Biləsuvarda 86 yaşlı kişi özünü su kanalına ataraq intihar edib
Tarix: 7-06-2021, 10:01
Newscenter.az.7.06.2021. Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.