Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir



Newscenter.az.23.06.2021. Artıq hər birimizə məlumdur ki, narkomaniya cəmiyyətin ən ağrılı problemlərindən birinə cevrilib. Artıq az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Narkomanlıq və narkotiklər yol tapdıği hər bir qapıya, evə və ailəyə ancaq bədbəxtlik, fəlakət gətirir. Narkotik maddələrdən bir neçə dəfə istifadə etmək narkotikadan asılı vəziyyətə düşmək deməkdir. Həmin insanlar narkomaniyanın əsirinə çevrilir, ətraf aləmdən təcrid olunur, həmin insanların orqanizmində tədricən zəifləmə və gücdən düşmə halları muşahidə edilir. Narkonanlıq narkotiklərdən istifadə nəticəsində qısa zaman kəsiyində insanın ümumi vəziyyətinin, fiziki və psixi əhval- ruhiyyəsinin pisləşməsinə səbəb olduğuna, orqanizmin narkotiklərdən kəskin asılılığına gətirib çıxartdığına görə ona “ağ ölüm”də deyirlər. Narkomaniyaya qurşanmış şəxslərdə bir cox xarakterik dəyişikliklər baş verir. Onlar cox vaxt dəyişkən əhval-ruhiyyədə olur, gözlənilməz davranışlar edir, depressiya və yuxululuqdan ayılmırlar, beyin isə daim dumanlı olur. Belə şəxslərin fiziki görünüşlərində ağır sima, gözlərin qızarması, çəkinin azalması və arıqlama, fikirli olmaları və iradəsizlik müşahidə olunur. Narkomanlar cəmiyyətin yoluna atılmış “qara daşlar”dır. O, bəşərin özündən yaranmış, sonra qara rəngə düşmüş daş parçasıdır. Bunu da bilmək vacibdir ki, narkotiklərə aludələr cəmi beş-yeddi ildən sonra həyatla vidalaşır, planetimizdə hər iyirmi dəqiqədə narkotiklə qidalanan bir gəncin ömrünə son qoyulur. Yeniyətmə narkomanların yaşı 17-dən 11-ə düşüb, yetkinlik yaşına çatmayanların arasında narkotikdən ölüm halları artmaqdadır. Narkomanlar çox vaxt 30 yaş həddinə çatmırlar. Narkomaniya ilə oğurluq, soyğunçuluq, qarət, adam öldürmə kimi cinayətlərin sıx əlaqəsi mövcuddur. Axırıncı 10 il ərzində təkcə narkotiklərdən istifadə etməklə əhali arasıda ölüm halları 12 dəfə, uşaqlar arasında 42 dəfə artmışdır.

Dünyada, xüsusiylə də Asiyada və Avropada gedən qlobal hərbi-siyasi və iqtisadi xarakterli dəyişikliklər fonunda bir çox ölkələrin kriminal qüvvələrini birləşərək öz xüsusi proqramlarını həyata keçirmək məqsədilə qanunsuz narkotika alverini, dini fanatizmi və ekstremizmi, beynəlxalq terrorizmi gücləndirərək cəmiyyətdə xaos, gələcəyə inamsızlıq hissləri yaratmaqla yanaşı, fantastik qazanclar əldə edirlər.
İndi yer üzərində satılan narkotik vasitələrin miqdarı 500.000 tondan yuxarııdır və təkcə Avropada narkobiznesin dövriyyəsi 185 milyard dollara yaxındır. BMT-nin məlumatına görə narkotik vasitələrdən əldə olunmuş gəlir kriminal təşkilatların bütün gəlirlərinin 70 faizini təşkil edir. Narkomaniyanın illik gəliri bütün Afrika ölkələrinin milli gəlirindən çoxdur. Narkotik vasitələrin satışı zamanı gəlir bəzən 2000 faizə çatır. Bu gəlirlər hesabına narkobiznes daha da güclənir və azğınlaşır, qazanılan “çirkli pullar”müasir cəmiyyətin iqtisadi və sosial həyatını zəhərləyir. Narkomanlıq eynən narkotiklərin qanunsuz döyriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, sosial-iqdisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Təəssüf hissi ilə qeyd edim ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Azərbaycanda narkomaniyanın mövcudluğu ötən əsrin səksəninci illərin axırında etiraf olunmuş və ilk rəsmi məlumat 1991-ci ildə ortaya qoyulmuşdur. Narkomanlığın durmadan artması, xüsusən gəncləri hədəf seçməsi insanlarin ciddi narahatlığına səbəb olmuş və bu bəlaya qarşı son dərəcə təsirli tədbirlərin həyata keçirilməsi zərurətini ön plana çəkmişdir.

Ümummilli Liderimiz Heydər Əliyev Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün kecirilən tədbirlər keyfiyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayilmasına, narkotik vasitələrinin yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyası yaradılmış.18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə haqqında “Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir.”... narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat sağlamlığına ciddi təhlıkə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.”

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənə ildən-İlə güçlənır. Araşdırmalar göstərir ki, güclü təsirə malik narkotik vasitələr ölkə ərazisinə əsasən qonşu dövlətlərdən, o cümlədən Əfqanıstandan, İran İslam Respublikasından, Rusiya Federasiyasından və Orta Asiya respublikalarından gətirilir. Həmin narkotiklərin bir hissəsi yerli “qara bazara” daxil olsa da, digər hissəsi müxtəlif gizli üsullar və yollarla Avropa ölkələrinə daşınır. Narkotiklərlə mübatizə sahəsində aparılan təhlillər göstərir ki, respublikamızda əsasən yabanı halda bitən və qanunsuz halda becərilən çətənə kolundan istifadə edilir.

Narkomaniya ilə mübarizənin bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyaç olduğunu yaymaq məqsədi ilə maarifləndirmə kampaniyası keçirmək və bu bəlaya qarşı təbliğat aparmaqla, problemin qismən də olsa, aradan qaldırılmasına nail olmağa çalışmlıyıq.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş