Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SARS-CoV-2 virusu necə yaranıb, yaxud ÜST-ün nəticəsiz araşdırması



Newscenter.az.26.06.2021. Qaldığımız yerdən davam etmək üçün mütləq önəmli bir məsələdən xəbərdar olmalısınız. Əslində, bu məsələni Azərbaycan ictimaiyyəti ilə hökumətə COVID-19 ilə bağlı önəmli elmi tədqiqatların nəticəsini təqdim edən şəxs (və ya şəxslər) və müvafiq qurumların elmi "komitələri" paylaşmalı idi. Təəssüf ki, bu, ictimaiyyətlə paylaşılan məsələlər arasında heç bir yerdə qarşıma çıxmadı və ona görə bunu özüm etmək qərarına gəldim.

Bildiyiniz kimi, COVID-19 pnevmaniyası yaradan SARS-CoV-2 virusunun necə yaranması barədə müxtəlif nəzəriyyələr mövcuddur və bu gün üzərində dayanılan iki önəmli versiya var. Bunlardan biri virusun labaratoriyada hazırlanması, digəri isə virusun təbii yolla əmələ gəlməsidir (bu versiyada virusun heyvanlardan insana keçmə ehtimalı üstünlük təşkil edir.

Bu önəmli məsələnin araşdırılmasında Ümumdünya Səhiyyə Təşkilatı birbaşa cavabdehdir və məhz ona görə də onlar tərəfindən komissiya Çinə göndərilib. Təəssüflər olsun ki, komissiya yuxarıda qeyd edilən istiqamətlərin heç birini nə təsdiq, nə də inkar edib. Məsələyə daha dərindən baxıldıqda, yəni komissiyanın təşkilinə və komissiyanın üzvlərinə baxdıqda isə xeyli yolverilməz addımların olduğunun şahidi oluruq.
Belə ki, ilk növbədə nəzərə çarpan odur ki, komissiyanın məsul şəxslərindən biri Amerikada çalışan ingilis əsilli Peter Daszakdır. O, Nyu Yorkda "Eco Health Alliance"in prezidentidir və daha əvvəllər virusun çıxdığı ehtimal olunan laboratoriyaya elmi işlərin aparılması üçün böyük məbləğdə (!) maliyyə vəsaiti ayırıb. Laboratoriya ilə bu cür sıx əlaqədə olan hər hansı bir şəxsin bu cür qlobal həyati əhəmiyyətli komissiyada yer alması səhiyyə sistemində qəbul edilən beynəlxalq etik normalara və Helsinki Deklarasiyasına ziddir.

Bundan əlavə, bu cür komissiyaların təşkili biz elm adamlarının bildiyi etik normalar şəklində təşkil edilməli və daha öncədən bu sahə üzrə müstəqil və əsl elm adamlarının və ekspertlerin iştirakı üçün saysız müraciətlərə şərait yaradılmalıdır.

Yuxarıdakıları və etik normalar çərçivəsində edilməyən digər nüansları da nəzərə alaraq bir elm adamı kimi mən də ÜST-ü qarşısında duran bu çətin missiyada bizim bu günə qədər bildiyimiz etik normalar çərçivəsində qalmağa çağırıram.

Bu, etik normalar çərçivəsində edilməyən və müəyyən maraqların toqquşduğunu əks etdirən məsələlərlə bağlı dünyanın böyük elm institutlarının bəyanatı da ötən ay "Science" jurnalında dərc edilib. Şərh hissədə bu bəyanatla tanış ola bilərsiniz.

Azərbaycanın da tibb sistemində bu qədər boşluqlar olmasına baxmayaraq ÜST-ə maddi yardım göstərən, sıx əməkdaşlıq edən bir ölkə kimi onu bu cür məsələlərdə etik normalar səviyyəsində qalmağa çağırması arzuolunandır.

Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
Xəbəri paylaş