Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sirrləri: Assasinlər-Səfəvilərin gizli kəşfiyyat qrupu



Newscenter.az.11.07.2021. Arxivlərdə araşdırma aparanda Səfəvi dövrünə aid bu foto qarşıma çıxdı. Bu fotonu avropa mənbələri kəşfiyyatçılar adı altında qeyd almışdı. Bir az da araşdırma aparıb bu fotoda olanın Assasinlər ordeninə məxsus, Səfəvi hökmranı Şah İsmayıla xidmət edənlər olduğunu müəyyən etdim. Kim idi bu assasınlər.

Bu barədə https://olke.az/.../hesen-sabbah-ve-assasinler-ordeni.../ müsahibəmdə oxuya bilərsiz. Bir az qısa olsa da məlumat verim.
Səlcuqların Azərbaycanda hakim mövqeyə gəlməsindən sonra İsmaililiyin regionda əhəmiyyətli bir güc olaraq varlığını davam etdirməsini mümkün edən şəxs Həsən Sabbah oldu. “Xudavəndi-Ələmut” adı ilə məşhur olan Həsən Səbbahın başçılıq etdiyi ordenin əsas qayəsi İslam şəriəti altında xalqların mədəni, demoqrafik haqlarına təcavüz edən ərəb milliyyətçiliyinə qarşı idi. Əlamutu alan və İsmaili müridlərini mərhəmətsiz bir fədaiyə çevirən yeni bir sistem tətbiq edən Sabbah, Abbasi xilafəti ilə Səlcuqlu rəhbərliyini devirmək üçün cəhdlərinə başladı. Sabbah, təşkilat üzvlərinə "Assasins" adını verdi. Ərəbcədən tərcümədə "Sirr Gözətçiləri" mənasını verən bu söz daha sonra, sünni müsəlmanlar tərəfindən "Xaşxaş içənlər" mənasına "Xaşxaşılar" olaraq deyilməyə başlandı.

Həsən Sabbahın qurmuş olduğu bu assasinlər təriqətinin müridləri, öz çağlarında bir çox Səlcuq dövlət adamına sui-qəsd təşkil etmiş və məqsədinə çatmışdır. "Sui-qəsd" sözünün İngiliscə qarşılığı olan "Assasinate" sözü bu təriqətin adının İngiliscədəki qarşılığıdır. Hasan Sabbah çox keçmədən Əlamuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Hasan Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub şəxslər Əlamuta axın etməyə başladı. Səlcuqlular çöküşə keçdikdən sonra assasinlər İranın şimalı, cənubi Asiya, Orta Asiya, Şərqi Anadolu, Cənubi Anadolu və İraqın şimal bölgələrində hakimiyyət qurdular. Tarixi mənbələrdə onların bəzən səlibçilərlə - cəngavər ordeni “tampliyer”lərlə birgə hərəkət etməsi, ittifaq qurması ilə bağlı məlumatlar da var.

Assasinlər ordenində sistem belə idi: başlarında “Baş Dai” adlanan Böyük Ustad dururdu. Böyük Ustaddan sonra bir sıra "Böyük Dailər" var idi ki, Rəfiqlər ("Yoldaşlar") və Lasiklər ("Tərəfdarlar") adlanırdı. Lasiklərden sonra fədailər gəlirdi ki, onlar yüksək səviyyəli döyüşçülər idilər. Hətta fədailərin əksəri uşaq yaşlarından ailələrindən alınır və öyrədilməyə başlanılırdı. Onlar digər qatillərdən fərqli olaraq qeyri-adi dərəcədə peşəkarlığı ilə seçilirdilər.

Məhz Səfəvi hökmdarları onların xidmətindən istifadə edirdilər. Şahın bir başa nəzarətində olan assasinlərin göndərildiyi ərazi isə çox vaxt Osmanlı imperiyası olurdu. Assasinlər çox məxfi məlumatlar gətirirdi və əgər kiminsə ölümünə əmr gəlirdise yerinə yetirilməli idi. Qətl edəcəkləri şəxsi uzun zaman izləyir və onu öldürən günə qədər, şəhərdə hər hansı bir hadisəyə qarışmamağa və şübhə çəkməməyə böyük diqqət verir və bütün bu hazırlıqlar inanılmaz bir gizlilik içində aparılırdı. Sui-qəsd isə mütləq hamının gözü qarşısında baş verməli idi ki, əhali onlardan çəkinsin.

Taktikalarının əsas prinsipləri az itki vermək, günahsız insanları öldürməmək olsa da, onlara olan qorxunun daim canlı tutulması üçün cinayətlərini əsasən xalqa açıq məkanlarda, çox vaxt ibadətgahlarda işləyirdilər. Əgər bacarmasaydı heç vaxt geri dönməzdilər. Bunların geyimi də başqa formada olurdu. Başlarına ayı və ya başqa heyvanların baş sümüklərini başlarına taxırdılar.Osmanlı dövlətində kəşfiyyat aparan zaman başlarına qanad belə taxırdılar. Kəşfiyyatçılara xüsusi təlimlər keçirilirdi. Onların vəzifəsi ordugahın salınması üçün yerlərin kəşf edilməsi,ərzaq ehtiyatının tapılması idi.

Səfəvi şahı Şah Ismayıl dövründə fədailər “qızılbaş” adı altında çıxış edib nəhəng üsyana başladılar. Lakin, Çaldıran məğlubiyyəti fədailəri məcbur etdi ki, yenidən qeyb aləminə qayıtsınlar. Uğursuzluqla üzləşən fədailər gizli fəaliyyətə başladılar. Şairləri çağırıb onlara əmr edirdilər ki, Əlamutun sirlərini, biliklərini gizli dillə poeziyada yaşatsınlar
.
Dosent Zaur Əliyev
Xəbəri paylaş