Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EkoAvrasiya rəhbəri Makedoniyada siyasi partiya liderləri ilə görüşüb



Newscenter.az.2.09.2021. Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Eren Makedoniyaya səfəri çərçivəsində bu ölkənin siyasi partiya rəhbərləri ilə də görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, Hikmət Eren Makedoniyanın Türk Hərəkat Partiyasının (THP) sədri və millət vəkili Enes İbrahimlə bir araya gəlib.

Türk Hərəkat Partiyasının mərkəzi ofisində baş tutan görüşdə Makedoniya Türk siyasətinin mövcud vəziyyəti, eləcə də Türkiyə ilə Makedoniya arasındakı əlaqələr, bu əlaqələri inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.

NEWSCENTER.AZ
Xəbəri paylaş