Newscenter.az.4.09.2021. "Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam edir və ölkəmiz sürətlə inkişaf edir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib:
"Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və ən müasir silahlarla təmin olunmuş rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi".
Mehman