Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Nizami rayon sakinlərinin problemlərini dinləyib



Newscenter.az.7.09.2021. Millət vəkili K.Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir. Milli Məclisin deputatı Könül Nurullayeva Cəmşid Naxçvanski küçəsi 57, 57A, 65, 65A və 69 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a verilən məlumata görə, qaldırılan məsələlər əsasən blokların əsaslı təmir olunması, məhəllələrin işıqlandırılması, binaların zirzəmi qatındakı kanalizasiya sularının təmizlənməsi, yaşayış binalarından su çənlərinin götürülməsinin yaratdığı çətinliklər, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, vətəndaşların həyatı üçün təhlükə yaradan küçə heyvanlarına qarşı tədbirlərin görülməsi, ağaclara aqrotexniki qulluğun göstərilməsi, blokların işıqlandırılması və ağacların suvarılması məqsədilə köhnəlmiş su borularının yenilənməsi ilə bağlı olub.

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Ruhiyyə
Xəbəri paylaş