Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qətər şirkətləri Qarabağda bərpa layihələrində iştirakda maraqlıdır



Newscenter.az.7.09.2021
. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib.

O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib.

İnformasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.
Xəbəri paylaş