Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba sakinindən narkotik vasitə aşkarlandı



Newscenter.az.7.09.2021. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Rahib Həsənov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Mehman
Xəbəri paylaş