Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kiçik qrantlar müsabiqəsini elan edəcək



Newscenter.az.8.09.2021. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Newscenter.az-a verilən məlumata görə, iclasda qurumun Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Agentliyin strukturu, işçilərinin say həddi və onların əmək haqqının məbləği təsdiq edilib.

Daha sonra Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının fəaliyyəti və müvafiq vəzifələrə işə qəbul qaydaları müzakirə edilmişdir. Komissiyaya qısa müddət ərzində əməkdaşların işə qəbul edilməsi ilə bağlı müsahibələrin keçirilməsi tapşırılıb.

İclasda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.

Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb.
Xəbəri paylaş