Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib



Newscenter.az.9.09.2021. Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Orta Asiya Regionu üzrə rəis müavini Robert Eller və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Newscenter.az xəbər verir ki, DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluqla bəhs edib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın, xüsusilə məlumat mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda Dövlət Gömrük Komitəsi əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili barədə razılıq əldə olunub.

Sevinc
Xəbəri paylaş