Azərbaycanda veteran futbolçu vəfat edib
Tarix: 9-09-2021, 11:46
Newscenter.az.9.09.2021. Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib.
"Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib.












































