Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın yük avtomobili Ermənistanda qəzaya uğrayıb, 6 nəfər yaralanıb



Newscenter.az.9.09.2021. Ermənistanda İrəvan-Meğri avtomobil yolunun 329-cu km-liyində İran İslam Respublikası dövlət nömrə nişanlı “Scania” markalı yük maşınının “QAZel” mikroavtobus maşrutu ilə toqquşması nəticəsində 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, yük maşınının qarşı tərəfin hərəkət zolağına çıxması nəticəsində qəzanın baş verdiyi ehtimal edilir.

Mikroavtobus Qafan-Qacaran marşrut xəttində xidmət edir. “Scania” isə Ermənistanın Qafan rayonuna gedirmiş.
Xəbəri paylaş