Newscenter.az.13.09.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Newscenter.az xəbər verir ki, onlardan 22 686-si ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.
Bu dövr ərzində özünüməşğulluq proqramının icrası da uğurla davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb.
Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.
Sevinc