Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın dəhlizi 27 sentyabra qədər bağlanmalıdır



Newscenter.az.13.09.2021. Əgər biz münaqişəni bitirmişiksə, buna dair üçtərəfli Bəyanat imzalamışıqsa və bütün dünya bu Bəyanata istinad edirsə ona uyğun addımlar atmalıyıq.

-Bəyanata görə bizə aid olan kəndlər boşaldılmalıdır, ancaq hələ tam boşaldılmayıb!

-Bəyanata görə qanusuz cinayətkarlar olan və heç bir beynəlxalq subyekt tərəfindən, hətta Ermənistanın özü tərəfindən belə tanınmayan dırnaqarası rejimin törtöküntüləri Qarabağdan tam çıxarılmalı idi, lakin çıxarılmayıb!

-Bəyanata görə sərhədlər müəyyənləşdirilməli idi, fəqət hələ də qarşı tərəf buna mane olur!

-Bəyanata görə bizim Laçın dəhlizinə imkan yaratmağımızın qarşılığında onlar da Zəngəzur dəhlizini boşaltmalı olduqları halda, bu günə qədər bunu etməyiblər.

-Bəyanatın əsas təşəbbüskarı və iştirakçısı olan və onun icrasının sona qədər həyata keçiriləcəyinə qarant durmaq üçün Qarabağa sülhməramlılarını gətirən Rusiya da erməni tərəfinin bəyanatı pozmasına göz yumursa və hətta bizim ərazilərə qanunsuz girişlərə etinasız yanaşırsa deməli bizim də o bəyanatı pozmaq hüququmuz yaranır.

Elə 10 noyabr tarixli bəyanatın müddəaları bizə tam imkan verir ki, biz ən azı Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizini bağlayaq. Bir bu addımla biz demək olar ki, bütün problemlərin həllinə nail ola bilərik. Həm ərazilərimizdə olan cinayətkarların nəfəsini kəsəcək bu addım, həm də ərazilərimizə qanunsuz girişlərə son qoyacaq ki, bu vəziyyət də Zəngəzur dəhlizi ilə bağlı işləri sürətləndirəcək! Ona görə də, düşünrəm ki, 44 günlük müharibənin ildönümü günü olan 27 sentyabra qədər (iki həftə ərzində) qanunsuzluqlara son qoyulub, Zəngəzur dəhlizinin açılması istiqamətində iş görülməsə biz Laçın dəhlizini də statusun və bəzi qanunsuz məfhumların olduğu yerə göndərməliyik! Çünki qarşımızda olanlar yalnız bir dili anlayır - “dəmir yumruq” dilini!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş