Newscenter.az.13.09.2021. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini Faruk Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd etdi. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.