Newscenter.az.14.09.2021. Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XIII qrant müsabiqənin C kateqoriyası üzrə qaliblərindən biri olan “Ətraf mühitin səsi” layihəsi həyata keçirilmişdir.
Newscenter.az xəbər verir ki, “Ətraf mühitin səsi” layihəsi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərindən 13, 14, 15-ci məqsədlərə əsaslanaraq layihə iştirakçılarını maarifləndirmək, iştirakçıların layihə ərzində qazandıqları bilik və bacarıqları ətrafında olan digər gənclərlə bölüşərək DİM 2030 məqsədlərini həyata keçirməyə dəstək göstərməyi əsas tutur. Layihənin əsas məqsədi iqlim dəyişikliklərinə qarşı mübarizədə, həmçinin ekologiyanın mühafizəsində gənclərin birgə fəaliyyətinin artırılmasından ibarətdir.
6-7 sentyabr 2021-ci il tarixlərində ümumilikdə 30 gəncin iştirakı ilə həyata keçirilən tədbirdə layihə rəhbəri Fərman Məmmədovun açılış nitqindən sonra iştirakçılara baş tutan layihə haqqında, eləcə də, Azərbaycan Gənclər Fondunun fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Layihənin ilk günündə təlimçi Gülsarə Qasımova tərəfindən “Dünyamızı dəyişək: 2030” mövzusunda və polietilen materiallardan hazırlanmış kiçik məişət əşyalarının gündəlik həyatda istifadəsinin azaldılması yolları, zərərləri ilə bağlı nəzəri təlimləndirmə aparılmışdır. Layihənin ikinci günündə mövzu ətrafında iştirakçılar arasında seçilmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə aktual olan məsələlərin həlli istiqamətində layihə ideyalarının hazırlanması məqsədilə vörkşop keçirilmişdir.
Sevinc