Newscenter.az.15.09.2021. Millət vəkili Könül Nurullayeva Bilik Günü münasibətilə Dövlət İmtahan Mərkəzinin 2021-2022-ci tədris ili üçün keçirdiyi qəbul imtahanlarında Nizami rayonu üzrə ən yüksək nəticə göstərən gənclərlə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüş zamanı Nizami rayonundan olan istedadlı məzunlarımızın fonunda bütün Azərbaycan gəncliyinə bu özəl gündən ötrü təbriklərini dilə gətirən Könül Nurullayeva məzunların hər birinə yeni tədris ilində uğurlar, cansağlığı və müvəffəqiyyətlər arzulayıb. “İnanıram ki, gənclərimiz dünyanın dörd bir yanında vətənimizin başını hər zaman uca tutacaq, vətənpərvər və mərd bir şəxsiyyət, peşəkar bir kadr kimi yetişəcəklər”, - deyə deputat çıxışı zamanı bildirib.
Həmçinin K.Nurullayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, bu il Nizami rayonu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 1592 abituriyentdən 96-sı 600 baldan yuxarı nəticə göstərib. Bu rəqəm keçən ilki göstəricilərə nisbətdə 14 faiz daha yüksəkdir. Bu ilki qəbul imtahanlarında Nizami rayonu üzrə ən yüksək nəticə göstərən abituriyent isə 227 saylı tam orta məktəbin məzunu Aslanova Rübabə Kamran qızı olmuşdur. Millət vəkili K.Nurullayeva hər iki imtahanın nəticəsinə görə ümumilikdə 689.2 bal toplayan Rübabə Aslanovanı qəbul imtahanında göstərdiyi yüksək nəticə münasibətilə təbrik edib, ona tələbəlik həyatında bol-bol uğurlar arzulayıb.
Ruhiyyə