“YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır.
Newscenter.az Fonda istinadən xəbər verir ki, bura təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və otel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər ay 200 dollar xərclik qazilərimizə təqdim olunur. Qazilərimiz tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib.
Hazırda Türkiyə Respublikasında müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib.
Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncə olduğu kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa heç bir səbəb yoxdur.
Sevinc