Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür

Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır.

Newscenter.az xəbər verir ki, Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.

Video-çarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini qeyd ediblər. Videolayihə əsasında çəkilişlər davam etdirilir.

Növbəti video çarxda ASAN xidmətin əməkdaşı, Laçın rayon sakini Həsənxan Həsənxanlı təəssüratlarını bölüşüb.



Sevinc
Xəbəri paylaş