Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-nın Könüllü Qida Nəzarətçiləri təsərrüfatlarda maarifləndirmə tədbirləri aparıb

AQTA-nın Könüllü Qida Nəzarətçiləri təsərrüfatlarda maarifləndirmə tədbirləri aparıb


"Könüllü Qida Nəzarətçisi" proqramının könüllüləri Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində pomidor istehsalı müəssisələrində olublar.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, könüllülər tərəfindən istixanalarda aparılan maarifləndirici görüşlər zamanı virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında təsərrüfat sahiblərinə ətraflı məlumat verilib. Bildirilib ki, bitki sağlamlığı və fitosanitar sabitliyin təmin olunması, eləcə də mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük məsuliyyət düşür.

Görüş zamanı müəssisə əməkdaşlarına bitkilərə ciddi ziyan vuran virus xəstəliklərinin əlamətləri, onların yayılmasının qarşısının alınması üçün görülməli tədbirlərin əks olunduğu məlumatverici çap materialları təqdim olunub.

Sevinc
Xəbəri paylaş