Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda endokrinoloji xidmətin keyfiyyətinə nəzarət edilir

Regionlarda endokrinoloji xidmətin keyfiyyətinə nəzarət edilir


Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədi Respublika Endokrinoloji Mərkəzin ixtisaslı həkim-mütəxəssislərinin Qax, Zaqatala, Qazax, Ağsatfa şəhərlərinə və Naxçıvan Muxtar Respublikasına səfərləri baş tutub.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, səfər zamanı Rayon Mərkəzi Xəstəxanalarında endokrinoloji kabinetlərin fəaliyyətinin, xəstələrə təşkil edilən tibbi xidmətinin ümumi dəyərləndirilməsi, həmçinin mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.

Həmçinin xəstəxanaların endokrinoloqları və müxtəlif ixtisaslı mütəxəssislərinə şəkərli diabetin fəsadları, müasir müalicə üsulları, insulin analoqlarının istifadəsi haqqında mühazirələr oxunub, "Xəstələrin ayağa qulluqla hipoqlikemiyanın idarəolunması" mövzusunda təlimlər keçirilib.

Bununla yanaşı ümumtəhsil məktəblərdə endokrinoloji patologiyaları olanların erkən aşkarlanması, qeydiyyata alınması, müalicə prosesinə cəlb olunması təmin edilib.

Eyni zamanda layihə çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Respublika Endokrinoloji Mərkəzinin poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin müasir diaqnostikası və müalicəsinin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.

Sevinc
Xəbəri paylaş