D ünyanın 110-dan çox ölkə və ərazisində fəaliyyət göstərən və 34 mindən çox üzvə sahib olan dünyanın ən böyük tələbə gənclər təşkilatı sayılan "AIESEC" təşkilatı tərəfindən 29 may tarixində gənclər üçün "Networking" adlı tədbirin keçirilməsi planlaşdırılır.
Newscenter.az-a təşkilatdan daxil olan xəbərə görə, tədbirin məqsədi tədbirdə iştirak edəcək gənclər və şirkətlər arasında əlaqələrin qurulmasında vasitəçi rol oynamaq, gənclərin karyera yolunda irəliləmə imkanlarını təmin etmək və şəxsi bacarıqlarını inkişaf etdirməkdir.
Məlumat üçün qeyd edək ki, artıq 15 ilə yaxındır təşkilat Azərbaycan cəmiyyətinin inkişafında aktiv şəkildə iştirak edərək onlarla yerli layihələr və tədbirlər təşkil edir. "AIESEC" təşkilatının əsas məqsədi insan potensialının vacib məqsədlər üçün istifadə edilə bilməsinə yardımçı olmaq, beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarə etməsi, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Sevinc