Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

13-cü Beynəlxalq Termal Mühəndislik konfransı ilk dəfə Azərbaycanda keçiriləcək

13-cü Beynəlxalq Termal Mühəndislik konfransı ilk dəfə Azərbaycanda keçiriləcək


Bakı Mühəndislik Universiteti (BMU) və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” mövzusunda tədbir keçiriləcək.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, 22-25 may 2022-ci il tarixlərində BMU-da baş tutacaq beynəlxalq konfrans “İstilik çevrilmələri”, “Ətraf mühit mühəndisliyi”, “Bioyanacaqlar”, “Bərpa olunan enerji”, “Proses kontrol və optimizasiya”, “Tullantıların idarə olunması”, “Polmerin proses edilmə texnologiyaları” və s. kimi aktual sahələri əhatə edəcək.

Bu konfrans Azərbaycanda ilk dəfədir keçirilir. Bundan öncə isə beynəlxalq tədbir Kanada, Hindistan, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s. ölkələrdə gerçəkləşib.

Konfransa xaricdən 18 tanınmış alim (h-indeksi yüksək) plenar məruzəçi kimi dəvət olunub. Beynəlxalq tədbirdə Kanada, ABŞ, Fransa, Rusiya, İspaniya, İtaliya, Avstraliya, İsrail, eləcə də digər Asiya və Avropa ölkələrindən 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. Azərbaycanlı alimlərin və sənayedən gələn mütəxəssislərin bu tədbirdə iştirakı ödənişsiz təşkil olunur.

Konfransla bağlı daha ətraflı məlumatı www.ictea.ca saytından əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, eyni vaxtda Fransanın Lorraine Univeritetinin keçirdiyi “Materiallar və enerji konfransı”nın (http://www.icome.ecam-epmi.fr/) təşkilat komitəsi BMU-da təşkil ediləcək konfransa (İCTEA) qatılmağa qərar veriblər.

R.Mehdiyeva
Xəbəri paylaş