Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə ÜST-ün missiyası öz işinə başlayıb.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, 5 gün davam edəcək missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac olarsa, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etməkdir.
Missiya çərçivəsində ÜST-ün əməkdaşları, Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Xiao Hong Li ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, nazirliyin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova arasında işçi görüş keçirilib.
Daha sonra mütəxəssislər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkərək sertifikasiya prosesi ilə bağlı müzakirələr aparıblar.
Sevinc