Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz"da maarifləndirmə və biliklərin yoxlanılmasına başlanılıb

"Azəriqaz"da maarifləndirmə və biliklərin yoxlanılmasına başlanılıb


SOCAR “Azəriqaz” İstehsalat Birliyində işçi heyətin səriştəliliyinin və peşəkarlılığının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi daima diqqətdə saxlanılır və bu yöndə mütəmadi maarifləndirmə tədbirləri və təlimlər həyata keçirilir.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyində rəhbər və mühəndis-texniki işçilərin qaz təsərrüfatının istismarı, tikinti və təhlükəsizlik texnikası norma və qaydaları, ətraf mühitin mühafizəsi və beynəlxalq standartların tətbiqi üzrə maarifləndirmə işləri aparılıb. Hal-hazırda isə işçi heyətinin biliklərinin yoxlanılması həyata keçirilir.

Sevinc
Xəbəri paylaş