Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyası olan Kaspersky Endpoint Security Cloud Pro-nu təqdim edib. Əsas müdafiə və idarəetmə funksiyalarına əlavə olaraq, məhsul insidentlərə avtomatik cavab vermək, proqram idarəçiliyi və məlumatların uzaqdan təmizlənməsi imkanlarına malikdir. Məhsulun tərkibinə həmçinin İT mütəxəssisləri üçün kibertəhlükəsizlik üzrə təlimlər də daxil edilib.
Kaspersky-nin məlumatına görə* İT infrastrukturunun artan mürəkkəbliyi və informasiya sistemlərinin təhlükəsizliyi üzrə mütəxəssislərin ixtisas bilik və bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi kiçik və orta biznesi kibertəhlükəsizliyə investisiyaları artırmağa həvəsləndirən iki əsas amildir.
Newscenter.az xəbər verir ki, təkmilləşdirilmiş hücumların aşkarlanması və aradan qaldırılmasına yüksək tələbat, biznesin hücum zənciri haqqında təsəvvür yaratmağa imkan verən “İlkin səbəb” funksiyasına marağı ilə öz təsdiqini tapır. Kaspersky Endpoint Security Cloud Plus versiyasında mövcud olan bu funksiya məhsul istifadəçilərinin təxminən 80%-i tərəfindən aktivləşdirilib. Kaspersky Endpoint Security Cloud Pro versiyasına İT administratorlarına təkcə hücumun inkişaf yolunu vizuallaşdırmağa deyil, həm də ona bir neçə düymə toxunuşunda cavab verməyə imkan verən əsas EDR funksionallığı daxil edilib. Burada bir neçə variant təklif olunur: şübhəli faylları karantinə göndərmək; şəbəkə üzərindən sonrakı yayımı dayandırmaq üçün hostları təcrid etmək; sistem boşluğu göstəricilərini axtarmaq. Əgər hücum bir kompyuterdə aşkar edilər və dayandırılarsa, administrator digər cihazlarda da sistem boşluğu göstəricilərini tapa bilər.
Təkmilləşdirilmiş həllə həmçinin İT mütəxəssislərinin əsas kibertəhlükəsizlik proseslərini idarə etmək üçün lazım olan bacarıqları əldə etməyinə kömək edə biləcək daxili onlayn təlim də əlavə edilib. Təlim nəzəri və praktiki hissələrdən, məşqlərdən, təqlidi mühitdə interaktiv tapşırıqlardan ibarətdir. Tədris modulları administratorun bulud əsaslı veb konsolunda açılır.
Kaspersky Endpoint Security Cloud Pro, Plus versiyası kimi veb resurslar və xarici cihazlar üzərində nəzarəti təmin edir. Bundan əlavə, həllə proqram idarəetmə funksionallığı, eləcə də adaptiv anomaliya nəzarəti əlavə edilib. Bu komponent korporativ şəbəkədəki kompüterlərə xas oolmayan əməliyyatları izləyir və bloklayır. Həmçinin, yeni məhsul cihaz itirildikdə və ya oğurlandıqda məlumatları uzaqdan silməyə imkan verir və BadUSB komponenti sayəsində klaviaturanı təqlid edən yoluxmuş USB qurğularının kompüterə qoşulmasına imkan vermir.
“Kibertəhlükəsizlik rəqəmsal transformasiya həyata keçirən və yeni trendlərə tez uyğunlaşmaqda maraqlı olan amma paralel olaraq öz proses və xidmətlərini qorumağa can atan şirkətlər üçün əsas prioritetlərdən biridir. Kaspersky Endpoint Security Cloud Pro həlli sadə və başa düşülən formatda qabaqcıl mühafizə texnologiyaları təklif edir”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.
Kaspersky Endpoint Security Cloud haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Biznesin informasiya təhlükəsizliyi sorğusu” 2021-ci ilin may-iyun aylarında Kaspersky tərəfindən aparılıb. Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303 mütəxəssisi iştirak edib.
Sevinc