Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədovaya yeni vəzifə həvalə edilib.
Newscenter.az xəbər verir ki, xanım Məmmədova bundan sonra Təhsil Nazirliyinin müxtəlif istiqamətlər üzrə layihələrinin, eləcə də Azərbaycan Basketbol Federasiyasının (ABF) PR işlərini aparacaq.
Qeyd edək ki, ABF-nin prezidenti təhsil naziri Emin Əmrullayevdir.