Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin İnkişaf Proqramı qadın sahibkarlar üçün “Hamı Tanısın” tətbiqini istifadəyə verib

BMT-nin İnkişaf Proqramı qadın sahibkarlar üçün “Hamı Tanısın” tətbiqini istifadəyə verib


BMT-nin İnkişaf Proqramı qadın sahibkarlar üçün "Hamı Tanısın" mobil tətbiqini istifadəyə verib. Mobil tətbiq BMTİP-nin Akselerator Laboratoriyası tərəfindən hazırlanıb.

Newscenter.az təşkilatın Bakı ofisinə istinadən xəbər verir ki, qadınların rəqəmsal texnologiyalardan faydalana bilməsi üçün həmin texnologiyalar əlçatan, universal və bərabər şəkildə təqdim olunmalı və qadınların yaşadığı şərtləri və onların ehtiyaclarını nəzərə almalıdır. Yenicə istifadəyə verilmiş “Hamı Tanısın” tətbiqi istifadədə asan olmaqla bərabər, qadın sahibkarlara öz məhsullarını və xidmətlərini foto və videolar vasitəsilə tanıtmaq imkanı yaradacaq.

Sözügedən tətbiq erkən bərpa və icma dayanıqlılığın gücləndirilməsi proqramı çərçivəsində hazırlanmışdır. Proqram ən həssas qrupları əhatə edib və 2020-ci ildə Füzuli-Horadiz, Ağcabədi və Tərtərdə münaqişədən zərər çəkmiş qadınlara, uşaqlara və əlilliyi olan insanlara psixoloji xidmətlər göstərib, həmçinin biznes məsləhətləri təqdim edib. Proqram çərçivəsində qadınlara rəqəmsal bacarıqlar (veb dizayn, sosial media marketinqi) üzrə təlimlər təşkil edilib ki, onlar müvafiq biliklərə yiyələnərək qeyd olunan sahələr üzrə iş tapmaq imkanı qazansınlar.

***
Akselerator Laboratoriyaları iqlim dəyişikliyi, yoxsulluq və artmaqda olan bərabərsizlik halları kimi qlobal problemlərin yeni həll yollarını sınaqdan keçirmək və dəyərləndirmək üçün dünyanın 78 ölkəsində fəaliyyət göstərir.

Mehman
Xəbəri paylaş