“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində və Qala qoruğunda avtomobillərin giriş-çıxışının və parklanmasının daha effektiv təşkili məqsədilə aparılan təhlilləri müzakirə edib.
Müzakirə zamanı piyadaların qoruqların ərazisində rahat hərəkət etməsi, avtomobillərin giriş-çıxış və parklanması üçün lazımi şəraitin yaradılmasının zəruriliynə də toxunulub.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev bildirib ki, İçərişəhər ərazisində və Qala qoruğunda mobilliyin artırılması məqsədilə qədim şəhərlərdə mövcud vəziyyətə uyğun araşdırmalar aparılacağı və ona uyğun təkliflər hazırlanacağı planlaşdırılır.
Görüşdə digər məsələlər müzakirə olunaraq, “İçərişəhər” DTMQ İdarəsi və AzTU ilə gələcəkdə əməkdaşlıq əlaqələri istiqamətində fikir mübadiləsi aparılıb.
Sevinc