Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Təhsil Forumu keçirilib

Dünya Təhsil Forumu keçirilib


22-25 may 2022-ci il tarixlərdə Londonda Dünya Təhsil Forumu təşkil edilir. Dünya Təhsil Forumu hər il dövlətlərin təhsil nazirlərinin, qlobal təhsil qurumları və təhsil ictimaiyyətinin toplaşdığı mötəbər tədbirdir. Dünya Bankı, Asiya İnkişaf Bankı və UNESCO da əsas iştirakçılar siyahısında yer alır. Ölkəmizi Forumda Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Newscenter.az xəbər verir ki, bu il tədbirin əsas şüarı "Ölkələrimizin və icmalarımızın gələcəyini birlikdə daha güclü, daha təhsilli və daha təkmil şəkildə quraq" təşkil edir. Forumun formal və qeyri-formal iclaslarında 2022-ci ildə dünya təhsilinin qarşısında duran əsas çətinliklər və çağırışlar, onların həlli yolları müzakirə ediləcəkdir. Dövlətlərin təhsil nazirliklərinin və qurumlarının bu çağırışlara baxışı, yanaşması onları idarə edilməsi ilə bağlı təcrübələri nəzərdən keçiriləcəkdir.

Tədbirdə həmçinin təhsilin inkişafı vasitəsilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi və uğurlu iqtisadiyyatların qurulması yollarına baxılacaqdır. Sessiyalarda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi artım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti müzakirə ediləcəkdir. Dövlət-özəl tərəfdaşlığı, fərdi və kollektiv cavab mexanizmləri, qlobal problemlərə yerli həll yollarının tapılması da ümumi təhsil müzakirələrinin gündəliyində əks olunacaqdır.

9 plenar iclas, panel sessiyalarda aşağıdakı müzakirələr yer alacaqdır:

Dünyada baş verən son çağırışlara cavab necə olmalıdır?
Təhsilə ayrılacaq resursları və onların istifadəsi səmərəliliyini necə artırmaq mümkündür?
Birgə və daha yaxşı təhsili necə qura bilərik?
Təhsilin inkişafı üçün böyük qurum və agentlikləri necə yarada bilərik?
Rəqəmsal resurslar, təhlükəsiz infrastruktur və praktik dəstəyə necə nail olmaq olar?
Məktəbəqədər təhsildən başlayaraq ali təhsilə qədər öyrənmə yolunu necə daha uyğun dizayn və daha rahat icra edə bilərik?
Ümid etdiyimiz vətəndaşı və cəmiyyəti necə daha uğurla yetişdirə bilərik?
Kollaborativ innovasiyaları necə daha sürətləndirə bilərik?

R.Mehdiyeva
Xəbəri paylaş