Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 31-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.
Newscenter.az-a Agentlikdən bildirilib ki, qəbul saat 11:00-da Zaqatala rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “14 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək.
Qəbulda Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Zaqatala rayonu “14 N-li Yol İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Sevinc