Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur-VIDEO

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur-VIDEO


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolunu yenidən qurur.

Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.

Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə tutulub.



Sevinc
Xəbəri paylaş